Kerem Aktürkoğlu heyətdən kənarlaşdırılacaq? - Emre Belözoğlu özəl görüş keçirdi


Emre Belözoğlu Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu ilə xüsusi görüş keçirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.
Mənbənin məlumatına görə, görüş zamanı Keremin son çıxışı və meydandakı performansı müzakirə olunub. Belözoğlu futbolçuya qol vurmağa həddindən artıq fokuslanmamağı, komanda oyununda assistləri və hücum təşkilatçılığını da ön plana çıxarmağı tövsiyə edib.
O, Keremin sürətindən, fərdi bacarıqlarından və hücum potensialından daha səmərəli istifadə etməsinin vacibliyini vurğulayıb.
Belözoğlunun bu söhbətlə futbolçunun üzərindəki təzyiqi azaltmaq və onun komandanın hücum xəttində daha effektiv çıxış etməsinə kömək etmək istədiyi bildirilir.
Əlisahib İbrahimli
1 mənbə
