Kəngərlidə Uşaq Hüquqları Aylığı çərçivəsində tədbir keçirilib


Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
20 noyabr 2026-cı il tarixində Qıvraq qəsəbə körpələr evi-uşaq bağçasında keçirilən görüş “Uşaqlara öz hüquqlarını tanıtmaq və bunun vacibliyini aşılamaq” mövzusuna həsr edilib.
Tədbirdə uşaq hüquqlarının qorunmasının, onların sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunmuş mühitdə böyüməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, uşaqların təhsil almaq, oynamaq, fikirlərini ifadə etmək və diqqətlə əhatə olunmaq hüquqları var.
Bağça müəllimlərinin və uşaqların iştirak etdiyi görüşdə mövzu ilə bağlı maarifləndirici təqdimatlar nümayiş etdirilib, balacalarla interaktiv ünsiyyət qurulub.
Sonda hər bir uşağın hüquqlarının qorunmasının və xoşbəxt uşaqlıq yaşamasının cəmiyyətin ümumi məsuliyyəti olduğu qeyd edilib.