Kəngərlidə aqrar sahənin inkişafı ilə bağlı sahibkarlarla görüş keçirilib


Kəngərli rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə keçirilən görüşdə Prezident Administrasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, rayon qərargahının üzvləri və sahibkarlar iştirak ediblər.
Görüşdə aqrar potensialın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, sahibkarların üzləşdiyi problemlər və onların həlli yolları müzakirə olunub.
Daha sonra quşçuluq, bağçılıq, balıqçılıq və istixana təsərrüfatlarına baxış keçirilib, sahibkarlara dövlət dəstəyi və subsidiya imkanları barədə məlumat verilib.
