Keçmiş prezidentin həbs müddəti 17 ay artırıldı - bu ölkədə


Kosovonun keçmiş prezidenti Haşim Taçi ədalət mühakiməsinə mane olmaqda təqsirli bilinərək 17 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “KosovaPress” məlumat yayıb.
Haaqada yerləşən Kosovo üzrə Xüsusi Məhkəmə Palatasının qərarından sonra Taçi hökmü siyasi qərar adlandırıb. O, məhkəmə zalında qərara etiraz edərək bunun ədalət mühakiməsi deyil, siyasət olduğunu bildirib.
Qeyd edək ki, bu, Taçi barəsində Haaqa məhkəməsinin çıxardığı ikinci hökmdür. O, daha əvvəl 1998-1999-cu illərdə Serbiyadan müstəqillik uğrunda müharibə zamanı törədilmiş hərbi cinayətlərdə ittiham olunub.
Taçi qətl, işgəncə, qəddar rəftar və qanunsuz həbs də daxil olmaqla dörd maddə üzrə təqsirli bilinib. O, irəli sürülən ittihamları rədd edib.