Keçmiş məcburi köçkün: Böyük fəxrlə doğma yurda dönürük VİDEO


Bakı, 19 noyabr, AZƏRTAC
Mən Zəngilandan çıxanda 32 yaşım var idi. İllərdir bu günün həsrəti ilə yaşayırdıq. Allah Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və rəşadətli Ordumuzu qorusun. Allah Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə cansağlığı versin. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu tarixi günlər bizə qismət oldu.
Bunu AZƏRTAC-a açıqlamasında “Böyük Qayıdış” Proqramı çərçivəsində Zəngilan rayonunun yenidən qurulan Cahangirbəyli kəndinə köçmək üçün bu gün yola salınan növbəti köç karvanının iştirakçısı, keçmiş məcburi köçkün Əjdər Alıyarov söyləyib.
Doğma torpağa qayıdışın sevincini və qürurunu yaşayan kənd sakini dövlətimizin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərindən məmnunluğunu ifadə edib: “Gənclərimiz öz qanları, canları bahasına bu torpaqları bizə qaytardılar, Allah ömürlərini uzun eləsin. Dövlətimizin həyata keçirdiyi möhtəşəm bərpa və quruculuq işləri sayəsində bu gün Zəngilana – ata-baba yurdumuza qayıdırıq”.
Fotoqraf - Nicat Haşımov
Dərc vaxtına görə
