Keçmiş deputatın şirkəti narazılıq yaradır
DiaAzadmin


Keçmiş deputatın şirkəti narazılıq yaradır - AXI NİYƏ?..
“Kontakt Home” mağazalar şəbəkəsindən kreditlə məhsul aldığını bildirən vətəndaş ödəməni etməsinə baxmayaraq, barəsində məhkəmə qərarının olduğunu və axtarışa verildiyini iddia edir.
Plat.az xəbər verir ki, bu barədə Emin Babayev sosial şəbəkədə paylaşım edib.
Şikayətçi bildirib ki, şirkət əməkdaşlarının məsuliyyətsizliyi səbəbindən problemlə üzləşib.
“Kredit ödəndiyi halda adımda məhkəmə qərarı var, axtarış var! Niyə sizin əməkdaşa görə mən stress keçirtməliyəm?!” – deyə o bildirib.
“Kontakt Home” vətəndaşın şikayətinə sosial media üzərindən hələlik hər hansı bir cavab verməyib.