Karmelo Entoni Vembanyamanı Uilt Çemberlenlə müqayisə edib


NBA-nın sabiq ulduzu Karmelo Entoni "San Antonio Spers"in lideri Viktor Vembanyamanın oyununu əfsanəvi Uilt Çemberlenlə müqayisə edib. O, fransalı mərkəz oyunçusunun səbətə yaxın zonada göstərdiyi irəliləyişi xüsusi vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Entoni öz podkastında bunları deyib: "Heç vaxt belə bir şeyi görməmişəm. Düşünmürəm ki, ümumiyyətlə, buna bənzər bir şeyə şahid olmuşuq. Doqquz ardıcıl qələbə və bütün bu nailiyyətlər. 45 və 54 xal, 20 ribaund. Rəqəmlər sadəcə inanılmazdır. Əsas dəyişiklik ondadır ki, indi o, 'boyalı sahəyə' gedir. Səbətə yaxın daha aqressiv oynayır, arxası səbətə dayanıqlı şəkildə hücum edir. Əvvəllər, ötən mövsümdə, onu bir az itələyəndə geri çəkilib, çətin mövqedən atış edirdi. İndi isə üçsaniyəlik zonaya qədər irəliləyir. Orada isə onu dayandırmaq mümkün deyil".
Qeyd edək ki, "Spers" ardıcıl 10-cu qələbəsini qazanıb, Viktor Vembanyama bu oyunda 32 xal və 5 blokşutla fərqlənib.

Report+3 mənbə