Kanada ABŞ-dən aslılığını azaldır: mərhələli şəkildə həyata keçiriləcək


Kanada Çinlə iqtisadi münasibətləri mərhələli şəkildə genişləndirməyə çalışır. Ölkənin xarici işlər naziri Anita Anand bildirib ki, Ottava ticarət əlaqələrini yalnız ABŞ-dan asılı saxlamaq istəmir və tərəfdaşlarını şaxələndirməyə çalışır.
Plat.az xbər verir ki, nazir bu barədə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) tədbirləri çərçivəsində “Reuters”ə müsahibəsində danışıb.
Anandın sözlərinə görə, Kanada Çinlə mövcud ticarət gərginliklərinin aradan qaldırılması, Filippinlə azad ticarət sazişi üzrə danışıqların tamamlanması və ASEAN ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işləyir.
Kanada hökuməti Çinlə münasibətləri inkişaf etdirməklə yanaşı, yerli avtomobil sənayesinin və milli iqtisadi maraqların qorunmasına da xüsusi diqqət yetirir.
Nazir qeyd edib ki, bu proses sürətli deyil, mərhələli şəkildə həyata keçiriləcək. Kanada üçün əsas məqsədlərdən biri ixrac bazarlarını genişləndirmək və ticarət risklərini azaltmaqdır.