İtaliyanın sabiq polis rəisi mafiya işi üzrə istintaq dövründə intihar edib


9 mənbə əsasında
İtaliyanın sabiq polis rəisi Canni De Cennaro 78 yaşında Toskanadakı evində ölü tapılıb. Hadisə hakimin qətli ilə bağlı mafiya işi üzrə aparılan istintaq fonunda baş verib. Yaxınlarının xəbərdarlığından sonra hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı cinayət işi başladılıb. De Cennaronun cəsədinin yaxınlığında vida məktubları və sənədlər aşkarlanıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İtaliyanın keçmiş polis rəisi mafiaya görə intihar edib
Ajans.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.Məlumata görə, De Cennaro noyabrın 20-də axşam saatlarında yaxınlarının zənglərinə cavab verməyib. Noyabrın 21-də səhər saatlarında isə onun meyiti tapılıb.Onun ölümü 1992-ci il iyulun 19-da Palermoda törədilmiş Via D'Amelio terror aktı ilə bağlı istintaqın yenidən gündəmə gəlməsindən bir həftə sonraya təsadüf edib. Həmin terror aktı nəticəsində mafiya ilə mübarizə aparan hakim Paolo Borsellino və onu müşayiət edən beş mühafizəçi həlak olub.De Cennaro həmin hadisə ilə bağlı istintaqa mane olmaqda şübhəli bilinirdi. Siciliyanın Kaltanissetta prokurorluğu onun hakimin qeydlərinin yoxa çıxmasında və istintaq materiallarının gizlədilməsi və məhv edilməsində mümkün rolunu araşdırırdı. Bu çərçivədə onun evində də axtarış aparılıb.İstintaq materiallarına görə, De Cennaro mafiya üzvlərindən dövlət tərəfinə keçmiş Totuççio Kontornonun ifadə verməsinin qarşısını almaq üçün ona təzyiq göstərməkdə şübhəli bilinirdi. Bununla belə, məhkəmə daha əvvəl onun ev dustaqlığına alınması ilə bağlı tələbi sübutları yetərli hesab etməyərək rədd etmişdi. Prokurorluğun həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası dekabrın 1-nə təyin olunmuşdu.De Cennaro 2000-2007-ci illərdə İtaliya Milli Polisinin rəhbəri vəzifəsində çalışıb. O, xüsusilə 1980-1990-cı illərdə Siciliyanın məşhur mafiya təşkilatı “Cosa Nostra”ya qarşı mübarizədə mühüm rol oynayan təhlükəsizlik rəsmilərindən biri hesab edilirdi.Onun ölümündən sonra Qrosseto prokurorluğu intihara təhrik etmə ehtimalı ilə bağlı ayrıca araşdırmaya başlayıb.Keçmiş polis rəisinin vəkilləri baş verənlərdən sarsıldıqlarını bildiriblər. Vəkil Françesko Bertorotta De Cennaro haqqında səsləndirilən ittihamları böhtan xarakterli adlandıraraq onunla uzun illər həm peşəkar, həm də dostluq münasibətlərinin olduğunu deyib.Digər vəkili Franko Koppi isə bildirib ki, De Cennaro bütün peşəkar karyerasını şübhə altına alan ittihamla üzləşdiyi üçün belə bir qərar verib.
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə