İtaliyada futbolçunun ölümü ilə bağlı 16 illik həbs cəzası qüvvədə saxlanılıb


İtaliyada keçmiş futbolçu Denis Berqamininin qətli ilə bağlı məhkəmə işi üzrə apellyasiya instansiyası qərarını açıqlayıb.
Xitab24.az ANSA agentliyinə istinadən xəbər verir ki, Katansaro Apellyasiya Məhkəməsi futbolçunun keçmiş sevgilisi İzabella Internoya verilmiş 16 illik həbs cəzasını qüvvədə saxlayıb.
Prokurorluq cinayətin əvvəlcədən planlaşdırıldığını əsas gətirərək cəzanın 23 ilə qədər artırılmasını tələb etsə də, məhkəmə bu tələbi təmin etməyib.
Berqamini 1989-cu il noyabrın 18-də Kozensa yaxınlığında avtomobil yolunda ölü tapılmışdı.
İllər sonra yenidən araşdırılan iş çərçivəsində onun ölümünün qətl olduğu qənaətinə gəlinib.
Məhkəmənin son qərarı ilə birinci instansiyanın hökmü dəyişdirilmədən saxlanılıb.
1 mənbə
