İtaliya parlamenti antisemitizmlə bağlı mübahisəli qanun layihəsini qəbul edib


18.11.2026 - 21:11
16
İtaliya parlamenti İsrailin tənqidini və Fələstin hüquqlarının müdafiəsini məhdudlaşdıra biləcəyi ilə bağlı narahatlıqlara səbəb olan antisemitizm qanununu qəbul edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Reuters”in məlumatına görə, qanun layihəsi 147 lehinə, 93 əleyhinə səslə qəbul olunub.
Sənəd Beynəlxalq Holokostu Anma Alyansının (IHRA) antisemitizm tərifini əsas götürür. Bu tərif İsrailə qarşı bəzi tənqid formalarını da antisemitizm nümunələri sırasına daxil edir.
Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi koalisiya isə ifadə azadlığı ilə bağlı narahatlıqları rədd edərək, siyasi tənqidin qanun çərçivəsində qorunacağını bildirib. Qanun yeni cinayət tərkibi və ya cəza tədbirləri nəzərdə tutmur.
Rauf
Dərc vaxtına görə
İnfoaz.mediaoxuduğunuz
İtaliya parlamenti antisemitizmlə bağlı mübahisəli qanun layihəsini qəbul edib
