. İtaliya 2 milyard avrodan artıq dəyəri olan gəmi sifarişi alıb


İtaliyanın gəmiqayırma şirkəti Fincantieri ABŞ-ın Carnival Corporation şirkəti ilə iki yeni nəsil kruiz gəmisinin inşasına dair müqavilə imzalayıb. Sifarişin ümumi dəyəri 2 milyard avronu ötür.
Plat.az Reuters-ə istinadən xəbər verir ki, gəmilər Carnival Cruise Line üçün hazırlanacaq və ikili yanacaq sistemindən istifadə edəcək. Layihənin İtaliyanın Marqera gəmiqayırma zavodunda həyata keçirilməsi nəzərdə tutulur. Hər bir gəminin təxminən 130 min ton ümumi tutuma və 1650 sərnişin kabininə malik olacağı bildirilir. Gəmilərin əsas yanacaq mənbəyi mayeləşdirilmiş təbii qaz olacaq. Müqaviləyə əsasən, ilk gəminin 2033-cü ildə, ikinci gəminin isə 2035-ci ildə təhvil verilməsi planlaşdırılır. Fincantieri və Carnival arasında əməkdaşlıq 30 ildən çoxdur davam edir və bu müddət ərzində İtaliya şirkəti tərəfdaşı üçün 76 gəmi inşa edib.
.jpg)