İsveç Rusiya idmançılarının ölkəyə girişinə QADAĞA QOYA BİLƏR
InterpressXuraman Etibarli


Rusiya idmançılarına Şengen vizası olsa belə, İsveçə giriş qadağan edilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə İsveçin miqrasiya məsələləri üzrə nazirinin səlahiyyətlərini icra edən Yohann Forssell açıqlama verib.
Onun sözlərinə görə, Rusiya idmançılarına başqa Avropa İttifaqı ölkəsindən viza alsalar belə, İsveçə girişdən imtina edilə bilər.
Qeyd edək ki, xizək idman növləri üzrə dünya çempionatının fevralın 24-dən martın 7-dək İsveçin Falun şəhərində keçirilməsi planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az
