İstanbulda yanğın baş verib: ölən və yaralananlar var


İstanbulun iki rayonunda gecə saatlarında baş verən yanğınlar nəticəsində ölən və yaralananlar olub.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisələrdən biri Küçükçekmece rayonunun Mehmet Akif məhəlləsində, 1-ci Akarsu küçəsində yerləşən beşmərtəbəli binanın zirzəmisində qeydə alınıb. Yanğın səhər saat 05:45 radələrində başlayıb.
Alovları görən sakinlər yanğınsöndürmə və təcili tibbi yardım xidmətlərinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu nəzarət altına alaraq söndürüblər. Binada ölən və yaralananların olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, üç gün əvvəl İstanbulun Qaziosmanpaşa rayonunda da beşmərtəbəli binada yanğın baş verib. Hadisə zamanı tüstüdən zəhərlənən 12 yaşlı futbolçu Ömər Ege Özyurt xəstəxanada həyatını itirib.
Araşdırmalar nəticəsində yanğının mənzildə yaşayan 50 yaşlı Günay F.-nin yandırdığı qızdırıcıdan qaynaqlandığı müəyyən edilib. O, qəsdən adam öldürmə və ehtiyatsızlıqdan adam öldürmə ittihamları ilə həbs olunub.
Murad İsmayıl

Ulusestv.az+2 mənbə