İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir


15:30 • 18 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
İran ordusunun hava hücumundan müdafiə qüvvələri ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını Hörmüz boğazının şərqində vuraraq məhv edib.
Bu barədə “Tasnim” İran ordusunun ictimaiyyətlə əlaqələr xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı ölkənin cənub-şərqində yerləşdirilmiş yerli istehsal hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb və İranın vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında məhv edilib.
© xezerxeber.az
Dərc vaxtına görə
