İran ABŞ-nin Küveytdəki hərbi bazasına hücum etdi


İran Yaxın Şərqdə hərbi əməliyyatların miqyasını genişləndirərək Küveyt və Bəhreyndə yerləşən hədəflərə yeni hücumlar həyata keçirib.
Xitab24.az Associated Press agentliyinə istinadən xəbər verir ki, İran qüvvələri Küveytdə ABŞ hərbçilərinin yerləşdiyi Əli əs-Salim aviabazasını hədəfə aldıqlarını açıqlayıblar.
Hücum ABŞ qüvvələrinin İranın Hörmüz boğazındakı Qeşm adasında yerləşən raket obyektinə zərbə endirməsindən sonra baş verib.
Bəhreyn və Küveyt rəsmiləri də pilotsuz uçuş aparatları və raket hücumlarının qarşısının alındığını bildiriblər.
Hadisələr Fars körfəzi regionunda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Qarşıdurmanın genişlənməsi beynəlxalq enerji daşımaları üçün də əlavə risklər yaradır.
Dərc vaxtına görə
Xitab24.azoxuduğunuz
İran ABŞ-nin Küveytdəki hərbi bazasına hücum etdi
