İran ABŞ-ni hava məkanının istənilən pozuntusuna sərt cavab verəcəyi barədə xəbərdar edib


İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidi İranın hava məkanının pozulmasını silahlı qüvvələr üçün “qırmızı xətt” adlandırıb.
Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi hücumların yenidən başlaya biləcəyi ilə bağlı təhdidlər fonunda ABŞ-ni İslam Respublikasının hava məkanının pozulacağı təqdirdə qətiyyətli cavab veriləcəyi barədə xəbərdar edib.
“İranın hava məkanı silahlı qüvvələr üçün qırmızı xətdir”, - deyə Vahidi bildirib. O vurğulayıb ki, hava məkanının istənilən pozuntusu sərt və qətiyyətli cavabla qarşılanacaq.
Noyabrın 21-də, şənbə günü Vahidi ilk dəfə yeraltı raket kompleksinə baş çəkib. Səfər zamanı İslam İnqilabı Keşikçiləri Korpusu iki raket üçün nəzərdə tutulmuş yeni buraxılış qurğusunu təqdim edib.
Baş komandan səfər zamanı qarşı tərəflə baş verənlərin yalnız başlanğıc olduğunu bildirib.
Onun sözlərinə görə, qarşı tərəfi hələ də alçaldılma və məğlubiyyət gözləyir, həqiqət isə yalan üzərində qələbə çalacaq.
Vahidiyə, həmçinin SEPAH-ın Aerokosmik Qüvvələrinin hazırkı döyüş hazırlığı vəziyyəti və İranın raket texnologiyaları sahəsində son nailiyyətləri barədə məruzə edilib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
