İran ABŞ-ın dəniz blokadasını necə yarır? Neft ixracı davam edir


22.11.2026 - 13:3831 dəq oxu
İranın Bəsic milislərinin rəis müavini Qasım Qoreişi ölkəsinin ABŞ-ın dəniz blokadasına baxmayaraq neft ixracını davam etdirdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, onun sözlərinə görə, İran əvvəlki həcmdə neft ixrac edir, lakin satışları daha yüksək qiymətlərlə həyata keçirir.
TASS-ın məlumatına görə, Qoreişi bildirib ki, Fars körfəzində və quru limanları vasitəsilə neft ixracının davam etdirilməsi üçün müvafiq tədbirlər görülüb.
O qeyd edib ki, əvvəllər 40-50 dollara satılan neft hazırda daha yüksək qiymətə satılır və ixrac həcmi dəyişməyib.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Fars körfəzində baş verən partlayış və yanğından sonra 2 milyon bareldən çox neft daşıyan supertankerin batdığını bildirib.
DOĞRU.AZ
