İran 40 günlük müharibədən sonra silahlandı: Orduda yeni texnikalar var


İran ordusunun 40 günlük müharibə zamanı malik olmadığı yeni hərbi texnikası var.
Army.az xəbər verir ki, İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejei silahlı qüvvələrin hərbi imkanlarını genişləndirdiyini və arsenalını yenilədiyini açıqlayıb.
O, Silahlı Qüvvələrin Məhkəmə Təşkilatında çıxışı zamanı bildirib ki, İran ordusu hazırda əvvəlki ilə müqayisədə daha hazırlıqlıdır və 40 günlük müharibə dövründə malik olmadığı yeni avadanlıqlara sahibdir.
Ejeinin sözlərinə görə, İranın silahlı qüvvələri mümkün qarşıdurmaya daha yaxşı hazırdır və düşmən qarşısında geri çəkilmək niyyətində deyil.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın İrana qarşı yenidən hərbi əməliyyat başlatmaq niyyətində olduğunu iddia edib.
Sizə maraqlı ola bilər
Kanada donanmasından böyük plan: 20 yeni korvet tikilə bilər
Saratovda neft zavodu yenidən hədəfə alındı – 10 yaralı var
Netanyahu yeni zərbələr istəyir, Trampın qərarı gözlənilir — CNN
Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir
Post Views: 40
İranordutexnika