İqtisadiyyat Nazirliyi ixrac daşıma dəstəyinin qaydalarını təsdiq edib


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısını, eləcə də ixrac daşıma dəstəyinin ödənilməsi və hesablanması ilə bağlı iki qaydanı təsdiq edib.
"PostMedia" xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Kollegiyanın qərarı ilə "İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) Siyahısı" təsdiq edilib.
Qərarla həmçinin "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası" təsdiqlənib.
Bundan əlavə, "Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası" da təsdiq edilib.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin