İpoteka Fondunun inzibati binasında 1,83 mln manatlıq təhlükəsizlik və abadlıq işləri görüləcək
Banker.azNurane


İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasında mühəndis-kommunikasiya sistemlərinin qurulması, təhlükəsizlik və abadlıq işləri üzrə dövlət satınalması həyata keçirilmişdir.
Banker.az xəbər verir ki, işlərin ehtimal olunan dəyəri 1 milyon 826 min 194 manat təşkil edib. Tenderin qalibi “Ultra İnşaat” MMC olmuşdur.
Qeyd edək ki, şirkət 2012-ci ildən ölkə ərazisində inşaat sektorunda fəaliyyət göstərir.
Satınalma 2026-cı il sentyabrın 18-də elan olunub. Təkliflərin qəbulu oktyabrın 29-da saat 10:00-da başa çatıb.
