"İphone 18 Pro Max", zəhmət olmasa!" - Arda Gülerə komanda yoldaşından mesaj


Arda Gülerin "Real Madrid"lə müqaviləsini 2032-ci ilədək uzatması komanda yoldaşları arasında böyük sevincə səbəb olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı türkiyəli futbolçu yeni müqavilə ilə bağlı sevincini sosial şəbəkə hesabında paylaşdıqdan sonra komanda yoldaşları onun paylaşımına maraqlı və zarafatcıl şərhlər yazıblar.
Ən diqqətçəkən reaksiya fransalı yarımmüdafiəçi Orelyen Tçuamenidən (Aurélien Tchouaméni, Aurelien Tchouameni) gəlib. O, Arda Gülerin paylaşımına "iPhone 18 Pro Max, zəhmət olmasa!" şərhini yazaraq komanda yoldaşından zarafatla hədiyyə istəyib.
Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) isə türkiyəli futbolçunun müqaviləsini yeniləməsinə "Təşəkkürlər, bu gecə daha rahat yatacağam" sözləri ilə münasibət bildirib.
Komandanın kapitanı Federiko Valverde (Federico Valverde) "Daha neçə-neçə illərə" yazaraq Ardanı təbrik edib. Brahim Dias (Brahim Díaz, Brahim Diaz) isə "Abiii" şərhini paylaşıb.
Vinisius Junior (Vinícius Júnior, Vinicius Junior) qələbə işarələri və qırmızı ürək emojiləri ilə sevincini ifadə edib. Din Heysen (Dean Huijsen) də iki ürək emojisi göndərib. "Real Madrid"in sabiq futbolçusu Luka Modriç (Luka Modrić, Luka Modric) də Ardanın paylaşımına alqış və ürək emojiləri ilə reaksiya verib.
Qeyd edək ki, "Real Madrid" noyabrın 18-də Arda Gülərin müqaviləsinin 2032-ci il iyunun 30-dək uzadıldığını rəsmən açıqlayıb. Türkiyəli futbolçu 2023-cü ilin yayında "Fənərbağça"dan (Fenerbahçe, Fenerbahce) Madrid klubuna keçib.
Əlisahib İbrahimli
1 mənbə
