İnsident: Bakıda qadınla kişi arasında əlbəyaxa dava - Video


Neftçilər ərazisində gecə saatlarında baş verən hadisə ətrafdakıların diqqətini cəlb edib. İçkili olduğu iddia edilən sürücü avtomobili mağazalara çırpıb, daha sonra isə küçədə əlbəyaxa dava baş verib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az Patrul.az-a istinadla xəbər verir ki, ilkin məlumata görə, gecə klubundan sərxoş vəziyyətdə çıxdığı bildirilən şəxs 10-DK-111 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən restoranın aşağı hissəsində yerləşən mağazalara çırpılıb.
Hadisə bununla da yekunlaşmayıb. Belə ki, gecə klubundan çıxan bir qadınla həmin şəxs arasında mübahisə yaranıb və tərəflər arasında qarşılıqlı fiziki qarşıdurma baş verib.
Şahidlərin sözlərinə görə, sərxoş olduğu iddia edilən şəxsi sakitləşdirmək ətrafdakılar üçün çətin olub. Hadisə zamanı həm avtomobilin mağazalara çırpılması, həm də küçədə baş verən əlbəyaxa qarşıdurma ətrafdakıların diqqətini cəlb edib.
Hadisə ilə bağlı video görüntülər redaksiyamız tərəfindən əldə edilib. Həmin görüntüləri təqdim edirik:
https://t.me/Ajansaz_official/7830
Lent.az+3 mənbə