“INCI CLINIC” və “Qala Sığorta” arasında əməkdaşlıq müqaviləsi imzalanıb


“INCI CLINIC” və “Qala Sığorta” arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqaviləni “INCI CLINIC”in İcraçı direktoru Pərviz Rüstəmbəyov və “Qala Sığorta” ASC-nin Tibbi sığorta və digər şəxsi sığortalar departamentinin müdiri Rafael Çəndirli imzalayıblar. Müqavilənin şərtlərinə əsasən, “Qala Sığorta”nın müştəriləri “INCI CLINIC”də nəzərdə tutulan tibbi xidmətlərdən yararlana biləcəklər.
Tərəfdaşlığın əsas məqsədi sığortalıların tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək, onların keyfiyyətli və peşəkar səhiyyə xidmətlərindən yararlanmasını təmin etmək, eləcə də müştəri məmnuniyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Müqavilə sığorta və səhiyyə sektorları arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, hər iki qurumun xidmət imkanlarının daha geniş auditoriyaya çatdırılması baxımından da əhəmiyyət daşıyır.
1 mənbə