"İnanılmaz hekayə yazacayıq" - Dambrauskas "Barselona"ya meydan oxudu!


Məlum olduğu kimi, "Sabah" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı 5-1 hesabı ilə məğlub edib. Baş məşqçi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında beş gün sonra "Barselona" ilə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb:
SİTAT: “Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır.
Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.
Mətləb
1 mənbə
