"İmperium Residence" MMC dövlətə BORCLANDI


"İmperium Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə xeyli məbləğdə vergi borcu var.
32gun.az-ın dövlət reyestri və vergi məlumatlarından əldə etdiyi xəbərə görə, cəmiyyətin hazırkı vergi borcu 32.874,04 AZN (32 min 874 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38, mənzil 25 ünvanında qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 18 AZN, qanuni təmsilçisi isə Pənah Sudeib oğlu Kərimovdur.
Nilay
