“İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Memarlıq və İnşaat Universitetinin müəllim və tələbələri üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim təşkil edilib.
Təlimin məqsədi müəllim və tələbələrin fövqəladə hallar zamanı düzgün və operativ davranış qaydaları barədə məlumatlılığını artırmaq, onlarda ilkin yardım göstərilməsi üzrə zəruri bilik və bacarıqları formalaşdırmaq olub.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova iştirakçılara ürək-ağciyər reanimasiyası, yara, qanaxma, yanıq, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verib.
Təlim çərçivəsində keçirilən simulyasiya məşğələlərində tələbələr xüsusi təlim mulyajlarından istifadə edərək ilk yardım üsullarını praktiki şəkildə mənimsəyiblər.
Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.
