İliya Topuriya Usman Nurmaqomedovun saxlanılmasına münasibət bildirib


İliya Topuriya Usman Nurmaqomedovun Mərab Dvalişvili ilə insidentdən sonra saxlanılması barədə sosial şəbəkədə paylaşım edib. O, bu hadisəyə sərt reaksiya verib və bəzi şəxsləri ikiüzlülükdə ittiham edib.
Offsideplus.az xəbər verir ki, Topuriya paylaşımında bunları qeyd edib: "Usmanı, yayılan məlumatlara görə, onunla birlikdə olan qorxaqlarla birgə saxlayıblar. Və bu, daim təvazökarlıq və hörmət haqqında danışan insanlardır? Utancvericidir. Qorxaqlar toplusu. Mən sizi həmişə sıradan adamlar hesab etmişəm. İndi isə son şübhələrimi də aradan qaldırdınız. Şərəf, hörmət və təvazökarlıq – bunlar sadəcə danışılacaq sözlər deyil, həyatda əməl olunmalı dəyərlərdir. Siz isə bunların heç birini göstərmədiniz."
Qeyd edək ki, Mərab Dvalişvili daha əvvəl bildirib ki, insidentdə Usman və Umar Nurmaqomedov iştirak ediblər və Dvalişviliyə fiziki zorakılıq tətbiq olunub. O, hadisədən sonra qan içində olan görüntülərini də yayıb.
1 mənbə
