İlin futbolçusu mükafatına 26 namizəd müəyyənləşib

müəllif EditorNoyabr 18, 2026Noyabr 18, 202600
“Globe Soccer Awards” təşkilatçıları 2026-cı ilin ən güclü futbolçusu titulu uğrunda mübarizə aparacaq 26 oyunçunun adını açıqlayıb. Siyahıda PSJ, “Real Madrid”, “Barselona” və “Arsenal” təmsilçiləri yer alıb.
“Globe Soccer Awards” mükafatı çərçivəsində ilin ən yaxşı futbolçusu namizədləri arasında Paris Sen-Jermenin 8 oyunçusu – Usman Dembele, Desire Due, Əşrəf Hakimi, Xviça Kvaratsxeliya, Nuno Mendeş, Joau Neveş, Fabian Ruis və Vitinya yer alıb. Bundan əlavə, “Real Madrid”i təmsil edən Cud Bellinqem, Vinisius Junior və Kilian Mbappe, “Barselona”dan isə Pau Kubarsi, Rafinya, Rodri və Lamin Yamal da seçim siyahısındadır.
“Arsenal”ın futbolçularından Deklan Rays, Bukayo Saka və Uilyam Saliba, “İnter”dən isə Federiko Dimarko və Lautaro Martines siyahıya düşüb. “Bavariya” klubunu Harri Keyn və Maykl Olise, “Mançester Siti”ni Erlinq Holand, “Mançester Yunayted”i Bruno Fernandeş, “Liverpul”u isə Dominik Soboslai təmsil edir.
Argentinalı ulduz Lionel Messi isə siyahıya “İnter Mayami”nin oyunçusu kimi düşüb.
2026-cı ilin qalibləri açıqlanacaq tədbir barədə məlumata görə, mükafatlandırma tədbiri həmin ilin 28 dekabr tarixində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq. Ən yaxşı futbolçunun adı məhz bu tədbirdə rəsmən elan ediləcək.
