"İlin ən yaxşı məşqçisi" adına namizədlər


“Globe Soccer Awards” mükafatının təşkilatçıları 2026-cı ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıblar.
Sportify.az xəbər verir ki, mükafat uğrunda aşağıdakı mütəxəssislər mübarizə aparacaqlar:
Mikel Arteta (“Arsenal”)
Kristian Kivu (“İnter”)
Unay Emeri (“Aston Villa”)
Luis Enrike (PSJ)
Sesk Fabreqas (“Komo”)
Hans-Diter Flik (“Barselona”)
Pere Romeu (“Barselona”nın qadın komandası)
Vensan Kompani (“Bavariya”)
Luis de la Fuente (İspaniya millisi)
Lionel Skaloni (Argentina millisi)
Azarkeşlərin səsverməsinin ilk mərhələsi noyabrın 18-də başlayıb və noyabrın 30-dək davam edəcək. Final mərhələsində azarkeşlərin səsləri Marsello Lippi, Antonio Konte, İker Kasilyas və Luis Fiqunun da yer aldığı münsiflər heyətinin qiymətləndirməsi ilə birlikdə nəzərə alınacaq.
Mükafatlandırma mərasimi dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.
Qeyd edək ki, 2025-ci ildə “Globe Soccer Awards” versiyasına görə “ilin ən yaxşı məşqçisi” mükafatına PSJ-ni tarixində ilk dəfə Çempionlar Liqasının qalibi edən Luis Enrike layiq görülüb.
