“İƏT-in turizm paytaxtı” titulu Lahor şəhərinə verilib

Noyabrın 18-ə Şuşa şəhərində “Şuşa - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib.
Hit.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan,
Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. Pəncab Hökumətinin Turizm, Arxeologiya və Muzeylər üzrə katibi cənab Sokrat Aman Rana rəsmi bağlanış mərasimində Pakistan adından “İƏT-in turizm paytaxtı” titulunu qəbul edib.
Bununla da 2027-ci il üçün “İƏT-in turizm paytaxtı” seçilmiş Lahora bu titulun Şuşadan rəsmi şəkildə təhvil verilməsi rəsmiləşdirilib. Mərasim çərçivəsində həmçinin İƏT-ə üzv dövlətlərin müxtəlif turizm potensialını nümayiş etdirən turizm sərgisi də təşkil olunub.