“İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib


Bu gün “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib.
Mediaxeberleri.Az xəbər verir ki, əvvəlcə Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Səməd Seyidov və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.
2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov festival iştirakçılarına uğurlar arzulayıblar.
Tədbir musiqili proqramla davam edib. Orxan Zeynallı və Nərgiz Məcidlinin ifaları tədbirə xüsusi rəng qatıb.
Festivalda müxtəlif idman növləri üzrə idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.
Xəbəri paylaş
1 mənbə
