İcarədə olan futbolçu: “Arzum bu klubda qalmaqdır”
Futbolpress.azŞahin Cəfərov


İcarə əsasında “Milan”da çıxış edən Omar Hatçinson açıqlama verib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi “qırmızı-qaralar”a birdəfəlik transfer olunmaq istədiyini deyib:
“Burada olduğum üçün xoşbəxtəm. Baş məşqçimiz Ruben Amorimin rəhbərliyi altında özümü yaxşı hiss edirəm. Arzum bu klubda qalmaqdır. Necə olacağını görəcəyik”.
“Milan” 23 yaşlı vingeri mövsümün əvvəlində “Nottingem Forest”dən icarəyə götürüb. Omar A Seriyasında 7 oyunda 1 qol vurub.
İngiltərəli futbolçunun klubla icarə müqaviləsi 2027-ci ilin yayına kimidir.
