I Liqa: Liderlərin oyununda bərabərlik


20.11.202616:30
Futbol üzrə Azərbaycan I Liqasında 8-ci tura yekun vurulub.
Msport.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
Turun mərkəzi oyununda “Şahdağ Qusar” “Gəncəbasar”la üz-üzə gəlib. Binə stadionunda keçirilən matçda hesab açılmayıb.
“Şimal” isə Şamaxı Olimpiya Kompleksinin stadionunda “Zaqatala”nı məğlub edib 4:1.
I Liqa
20 noyabr
“Şahdağ Qusar” – Gəncəbasar” 0:0
“Şimal” – “Zaqatala” 4:1
Qollar: Niyazi Osmanov,25, Murad Dadaşev, 53, 63, Lama Bamba, 82 – Samuel Anadem, 70.
Turnir cədvəli:
“Şahdağ Qusar” – 19, “Gəncəbasar” -17, Karvan-Yevlax” – 16, MOİK – 15, “Səbail” – 13, “Şimal” – 11, “Mingəçevir” – 7, “Xankəndi” – 6, “Zaqatala” – 5, “Baku Sportinq” – 1.
