Hüseyn Öztürkü Bakıda avtomobil vurdu


Bakıda Türkiyə vətəndaşını avtomobil vurub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində baş verib.
Türkiyə vətəndaşı, 1972-ci il təvəllüdlü Hüseyn Öztürkün avtomobili rayon ərazisində hərəkətdə olarkən nasazlıq yaranıb. O, avtomobilindən düşərkən arxadan gələn mikroavtobus idarəetməni itirib və Hüseyn Öztürkü vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
