Humanitar, təhsil və mədəni əlaqələr

XƏBƏR XƏTTİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində vurğulayıb ki, Vyetnamla humanitar münasibətlərin inkişafı, xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüsləri, tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsi kimi geniş spektri əhatə edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi göstərilib. Xeyriyyəçiliklə yanaşı, elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. Vyetnam nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün mənim sərəncamıma uyğun olaraq yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanına malikdirlər. İki ölkə arasında uzunmüddətli dostluğun rəmzi 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılışı olub. Həmin açılış bu görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edib. Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir. Bütün bunlarla yanaşı, 1980-ci ildə Bakı və Vunq Tau şəhərləri arasında qurulmuş qardaşlaşma əlaqələri qurulub. mədəni tədbirlər, konsert proqramları dostluğun möhkəmlənməsinə xidmət edir.
Ədalət Əsgərov, Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim
Yazı naviqasiyası
