"HM-Metal" MMC nizamnamə kapitalını yenidən yarıbayarı azaltdı


Paytaxtın Nizami rayonunda hüquqi qeydiyyatda olan "HM-Metal" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1604413371) nizamnamə kapitalını azaltdığını rəsmi şəkildə elan edib.
32gun.az-ın dövlət reyestri və rəsmi elanlardan əldə etdiyi məlumata görə, cəmiyyətin nizamnamə kapitalı iki dəfə azaldılaraq 20 AZN-dən 10 AZN-ə endirilib.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, 18 iyun 2021-ci il tarixində 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınan şirkət Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 48, mənzil 6 ünvanında yerləşir.
Reyestr tarixçəsindən məlum olur ki, şirkətin qanuni təmsilçiliyi də bir neçə dəfə dəyişikliyə məruz qalıb. Belə ki, təsis olunduğu dövrdə MMC-yə Təyyar Qabil oğlu Əhmədov rəhbərlik edib, 24 avqust 2023-cü il tarixindən isə qanuni təmsilçi Vüsal Qabil oğlu Əhmədov olub. 13 noyabr 2026-cı il tarixində aparılan son dəyişiklikdən sonra şirkətin yeni qanuni təmsilçisi Cavid Azər oğlu Əzizov təyin edilib.
Nilay
