Hikmət Hacıyev Ermənistandan kütləvi məzarlıq və mina xəritələrini tələb edib


3 mənbə əsasında
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında ölkədə dörd mindən çox şəxsin itkin düşmüş kimi qeydiyyatda olduğunu bildirib. O, işğaldan azad edilən ərazilərdə otuzdan çox kütləvi məzarlığın aşkarlandığını, lakin Ermənistanın iki yüzdən artıq məzarlığın yerini hələ də açıqlamadığını qeyd edib. Eyni zamanda, keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim olunmasının vacibliyi vurğulanıb. Prezidentin köməkçisi bu addımların regionda davamlı sülhə və etimadın möhkəmlənməsinə xidmət edən sırf humanitar məsələ olduğunu qeyd edib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Hikmət Hacıyevdən Ermənistana çağırış: Kütləvi məzarlıqların yerləri açıqlanmalıdır
Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını hələ də gözləyirik. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, mina təhlükəsi ilə yanaşı, itkin düşmüş şəxslər müharibənin ən ağır humanitar nəticələrindən biridir. Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb və meyit qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bununla belə, Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını hələ də gözləyirik. Həmçinin keçmiş təmas xətti boyunca – uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan ərazidə 2020–2023-cü illərdə basdırılmış minaların xəritələrinin təqdim edilməsini gözləyirik. Bu minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olur. Bu, sırf humanitar məsələdir. Sözügedən məlumatların paylaşılması etimadın möhkəmləndirilməsi istiqamətində mühüm addım, keçid ədalətinin tərkib hissəsi və regionumuzda davamlı sülhə real töhfə olardı. Ailələr öz doğmalarının taleyini bilməyə layiqdirlər - deyə H.Hacıyev əlavə edib. (Trend) Reportyor.az
Tam oxu Reportyor.az saytındaDərc vaxtına görə
Reportyor.azoxuduğunuz
Hikmət Hacıyevdən Ermənistana çağırış: Kütləvi məzarlıqların yerləri açıqlanmalıdır