Həyətində meyiti tapıldı – 62 yaşlı kişinin ölümünün SƏBƏBİ ARAŞDIRILIR
Vətən.azMustafa Həsənov


18 Noyabr 2026
62 yaşlı kişinin meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə noyabrın 17-də saat 07:00 radələrində Şəmkir şəhər Xəqani küçəsində baş verib.
1964-cü il təvəllüdlü Mübariz İdris oğlu Tağıyevin meyiti yaşadığı fərdi yaşayış evinin həyətində tapılıb.
İlkin araşdırma zamanı onun ağır xəstə olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.