Həsən Mansurov: Ölkələrin enerji infrastrukturları iri miqyaslı kiberhücumlarla üzləşir


BAKI, 19 noyabr. TELEQRAF
"Son illərdə ölkələrin enerji infrastrukturları iri miqyaslı kiberhücumlarla üzləşir".
Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov "Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu ilin oktyabrında Avropa ölkələrindən təkcə birində dövlətin rəqəmsal xidmətlərinə qarşı kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib".
"Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı da DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib. Belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir. Kiber və texnoloji imkanlar geosiyasi təzyiq vasitəsinə, geosiyasi motivli kiberhücumlar isə adi statistikaya çevrilib. Beynəlxalq sorğu hesabatlarına görə, təşkilatların 64 faizi geosiyasi motivli kiberhücumları öz risk strategiyalarında nəzərə alır", -DTX-nin rəis müavini əlavə edib.
1 mənbə
Report+20 mənbə