Həmin çevrilişi ABŞ təşkil edib - Mask "açdı sandığı, tökdü pambığı"


Amerikalı milyarder İlon Mask 2014-cü ildə Ukraynada baş verən hakimiyyət dəyişikliyinin ABŞ tərəfindən təşkil edildiyini iddia edib.
Publika.az xəbər verir ki, o, “The New York Times” qəzetinə müsahibəsində dövlət çevrilişinin ABŞ Dövlət Departamenti və digər dövlət qurumlarının dəstəyi olmadan baş tuta bilməyəcəyini bildirib.
“Amerikalılar Ukraynanın demokratik yolla seçilmiş prorusiya prezidentini devirmək üçün çevriliş təşkil ediblər”, - deyə Mask iddia edib.
Qeyd edək ki, Mask bundan əvvəl “SpaceX” şirkətinin Ukraynaya yardım göstərməklə səhvə yol verdiyi barədə məqalə paylaşıb. Həmin materialda bildirilir ki, “Starlink” peyk rabitə sisteminin terminalları əvvəlcə Ukraynada mülki əhalinin internetə çıxışını təmin etmək məqsədilə təqdim edilsə də, sonradan pilotsuz uçuş aparatlarının idarə olunmasında da istifadə edilib.
Müəllif: Adəm