HƏMAS-ın daha 2 komandiri öldürülüb


İsrail Müdafiə Ordusu Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamı Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsinə endirilən zərbə nəticəsində bölgədəki HƏMAS briqadasının taqım komandiri Əşrəf Nayef Məhəmməd Təbasi öldürülüb:
"Anklavın şimalında, Cəbəliyyəyə endirilən digər zərbə ilə HƏMAS taborunun Qərbi Cəbəliyyə üzrə taqım komandiri Saber Nayef Mahmud Nəbhan da zərərsizləşdirilib".
