Hava hücumu siqnalı zamanı müdafiə | SOCAR daha 25 məntəqədə sığınacaq tikir - Baku TV


SOCAR Ukraynada sığınacaqların yaradılması işlərini davam etdirir.
Məqsəd müştərilərin və işçilərin təhlükəsizliyini təmin etməkdir.
SOCAR-ın Ukraynadakı nümayəndəliyinin 22 yanacaqdoldurma məntəqəsində hava həyəcanı zamanı müştərilərin və işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb.
Artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rivne və Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb.
Sığınacaqlardan hava hücumu siqnalı zamanı istifadə edilə bilər. Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir.
Məlumatda bildirilib ki, hazırda daha 25 yanacaqdoldurma məntəqəsində sığınacaqların yaradılması işləri aparılır.
1 mənbə
Report+22 mənbə