Hanoy kollecində Bakı guşəsi və Azərbaycan mətbəxi zonası açıldı


Vətənim Media xəbər verir ki, noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. APA-nın məlumatına görə, açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Bakı guşəsində Şirvanşahlar Sarayı, Qız qalası, İçərişəhər, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və Bakı buxtası ilə bağlı təsvirlər yer alıb. Kulinariya zonasında tələbələr üçün Azərbaycan mətbəxinə dair təlimlər təşkil olunacaq.
Leyla Əliyeva Azərbaycan mədəniyyətinə göstərilən diqqətə görə kollec rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirdə Azərbaycan və Vyetnam dostluğuna həsr olunan mahnılar, o cümlədən “Arşın mal alan” musiqili komediyasından parçalar ifa edilib.
Əsas mənbə: APA
Dərc vaxtına görə