“Hamal”ın nə zaman başlayacağı BƏLLİ OLDU
Hit.azMedia.az


Türkiyənin “ATV” telekanalının yeni iddialı serialı “Hamal”ın nə zaman başlayacağı bəlli olub.
Hit.az xəbər verir ki, maraqla gözlənilən layihənin 15 dekabrda yayıma başlaması nəzərdə tutulur.
Beləliklə, ekran işi çərşənbə günləri yayımlanacaq. Layihənin rəhbəri və baş rolu Oktay Kaynarca “Eşkıya Dünyaya Hükümdar Olmaz” və “Ben Bu Cihana Sığmazam”dan sonra yenə də çərşənbə gününü seçdi.
Qeyd edək ki, “Hamal”ın baş rollarında Oktay Kaynarca və Fahriye Evcen çəkiləcək.
Pərviz
