Hacətlərin qəbul olunması üçün 6 zikr

1 dəq oxu
Xəbər
Tarix: 12-10-2026 / Mәqalәlәr / Dua / Allahla rabitə / Baxış: 95
Hacətlərin qəbul olunması üçün 6 zikr tövsiyə olunur:
İmam Rza (ə.s) buyurub: “Hər mömin şəxs bu adı (“Ya Məlik”) 19 dəfə xalis niyyətlə, Allaha və mənasına diqqət edərək oxuyarsa, xəlqdən ehtiyacsız olar, dünya və axirətdə zəngin olar”.
“Əstəğfirullahə Rabbi və ətubu iləyh”. Bu zikr ilə insanın günahları bağışlanar, ruzisi artar və hətta övlad sahibi olmağa kömək edər. Bu zikr nə gədər çox deyilsə, bir o qədər yaxşıdır.
İmam Rzadan (ə.s) nəql edilir: “Hər mömin şəxs səhər vaxtı təharətli əllərini göyə qaldırarsa və 19 dəfə xalis niyyətlə, Allaha və mənasına diqqət edərək, “Ya Basit” deyərsə və əllərini üzünə çəkərsə, heç bir zaman möhtac olmaz. Yoxsulluq qəmindən nicat tapar və güman etmədiyi yerdən ona nemət çatar və ruzisi çoxalar”.
İmam Sadiq buyurub (ə.s): “O kəs ki, 1000 dəfə deyər: “Lə həulə və lə quvvətə illə billəh”, Allah Kəbə ziyarətini onun ruzisi qərar verər, əgər ölümü yaxınlaşarsa, Allah onu təxirə salar o zamana qədər ki, həcci ruzisi qərar verər”.
Peyğəmbər (s) buyurub: “Beş şey tərəzidə nə qədər də ağırdır: təsbihati-ərbəəni (Subhənəllahi vəlhəmdu lillahi və lə ilahə illəllahu vallahu əkbər) demək…”.
Ruzinin artması üçün “Ya Ğəfur, ya Vədud” zikrini 77 dəfə demək tövsiyə olunur.
YouTube
Kanalımızdan video
Rəsmi kanalımızdan seçilmiş uzun video.
Şərhlər: 0
Şərh əlavə edin
Məlumat
Qonaq qrupunda olan ziyarətçilər bu materiala şərh yaza bilməzlər.
Mənbə
1 mənbə



