Haaland: "Onu görmək həmişə xoşdur!"


“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemlə dostluq münasibətlərindən danışıb.
Publika.az xəbər verir ki, “Madrid Xtra” Haalandın sözlərini sitat gətirib:
“Biz gənc istedadlar olaraq “Borussiya Dortmund”a birlikdə gəldik və dərhal dil tapdıq. Bir-birimizlə daim zarafatlaşdıq və həm meydanda, həm də meydandan kənarda çox gözəl vaxt keçirdik. Onu görmək həmişə xoşdur”.
Haland 2020-ci ildən 2022-ci ilə qədər “Borussiya Dortmund”da oynayıb, daha sonra “Mançester Siti”yə keçib. Bellinqem 2020-ci ildən 2023-cü ilə qədər Almaniya klubunda oynayıb, daha sonra isə “Real”a keçib.
