Gürcüstandan maşın alanlar əlavə pul itirəcəklər - VİDEO


21:00 • 17 Noyabr 20261 dəq oxu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Gürcüstandan gətirilən avtomobillərə yeni rüsum tətbiq edilib. Bundan sonra Gürcüstandan maşın alıb, ölkəmizə gətirmək istəyənlər 450 lari , təqribən 295 manat məbləğində əlavə rüsumu da ödəməli olacaqlar.
Xezerxeber.az-ın xəbərinə görə, Gürcüstanın Gəlirlər Xidmətinin müəyyən etdiyi qərar noyabrın 16-dan qüvvəyə minib. "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın idarə heyətinin sədri Eyyub Əliyev deyir ki, bu qərar Azərbaycan bazarına çox da ciddi təsir etməyəcək.
Eyyub Əliyev deyir ki, artıq uzun müddətdir ki, Gürcüstandan avtomobillərin ölkəmizə təkrar ixracında azalma var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
© xezerxeber.az
