Gürcüstanda qadınlarla bağlı qadağa – Qərar hazırlanır


Gürcüstan hakimiyyəti ölkədə surroqat analıq fəaliyyətini tamamilə qadağan etməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bununla bağlı qanun layihəsinin yaxın vaxtlarda parlamentə təqdim olunacağı gözlənilir.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib ki, məsələ ilə bağlı müvafiq qərar qəbul edilib və qanunvericilik təşəbbüsü üzərində iş aparılır.
Onun sözlərinə görə, bu istiqamətdə Gürcüstan Patriarxlığı ilə də müzakirələr keçirilir.
Kirtsxaliya təşəbbüsün əsas səbəbləri kimi insan alveri risklərini, qadınların istismar olunması ehtimalını və uşaqların hüquqlarının qorunmasını göstərib.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstanda surroqat analıq xidmətlərinin xarici vətəndaşlar üçün məhdudlaşdırılması məsələsi gündəmə gəlmişdi. Hazırkı təşəbbüs isə daha geniş əhatəlidir və ölkə ərazisində bu fəaliyyətin tamamilə qadağan edilməsini nəzərdə tutur.
Əliyar Xəlil Globalinfo.az
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
Gürcüstanda qadınlarla bağlı qadağa – Qərar hazırlanır