Gürcüstanda 31 yaşlı azərbaycanlı faciəli şəkildə öldü


Gürcüstanda 31 yaşlı azərbaycanlını elektrik cərəyanı vurub.
Oxu.Az xəbər verir ki, hadisə Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsi ərazisində qeydə alınıb.
Faciə ötən gün Uzuntala kəndində baş verib. Usta işləyən Əmrah Kazımov talvarın üzərinə dam örtüyü vurduğu zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.
Nəticədə onu elektrik cərəyanı vurub və 31 yaşlı kişi hadisə yerində ölüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/gur…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə

Milli.az+1 mənbə